🏛 Haqqımızda

"OLS Company" (Objective Legal Services) – Azərbaycanda hüquqi və maliyyə məsələlərinin həlli üzrə ixtisaslaşmış müasir xidmət platformasıdır. Şirkət korporativ və fərdi müştərilərə geniş spektrli hüquqi problemlərin həllində dəstək göstərilməklə yanaşı kredit portfellərin alışı və idarəetməsi üzrə ixtisaslaşıb. "OLS Company"-nin əsas məqsədi hüquqi prosesləri səmərəli şəkildə idarə etmək, kreditlərin maliyyə axınlarını stabilləşdirmək və problemli aktivlərin dəyərini qorumaqdan ibarətdir. Müasir yanaşmalar və süni intellekt əsaslı proqram təminatı əsasında borc idarəçiliyində şəffaflıq, sürət və effektivlik əsas üstünlüyümüzdür.

📌Xidmətlərimiz

"OLS Company" portfel idarəçiliyinin bütün mərhələlərini əhatə edən tam xidmət spektri təqdim edir:

1️⃣ Hüquqi Xidmətlər

"OLS Company" hüquq komandası borc idarəçiliyindən əlavə aşağıdakı istiqamətlərdə də hüquqi xidmətlər göstərir:

• Müqavilələrin hazırlanması və hüquqi ekspertizası Müxtəlif kommersiya və mülki münasibətlər üzrə müqavilələrin tərtibi və ekspertizasının aparılması;

• Korporativ hüquqi məsləhət Şirkətlərin təsis,restrukturizasiya və gündəlik fəaliyyətinə dair hüquqi dəstək;

• Məhkəmə işlərində təmsilçilik Hüquqi mübahisələrin bütün mərhələlərində – məhkəmə və apellyasiya instansiyalarında müdafiə və təmsilçilik;

• İcra proseslərinin hüquqi müşayiəti Məhkəmə qərarlarının icrası və icra prosesində hüquqi nəzarət;

• Debitor müqavilələrinin tənzimlənməsi Borclularla münasibətlərin hüquqi çərçivədə tənzimlənməsi və mübahisələrin həlli;

• Müxtəlif kommersiya və mülki münasibətlər üzrə müqavilələrin tərtibi və ekspertizasının aparılması;

• Korporativ hüquqi məsləhət;

• Şirkətlərin təsis, restrukturizasiya və gündəlik fəaliyyətinə dair hüquqi dəstək;

• Məhkəmə işlərində təmsilçilik;

• Hüquqi mübahisələrin bütün mərhələlərində – məhkəmə və apellyasiya instansiyalarında müdafiə və təmsilçilik;

• Məhkəmə qətnamələri icrası və icra prosesində hüquqi nəzarət;

• Borclularla münasibətlərin hüquqi çərçivədə tənzimlənməsi və mübahisələrin həlli;

2️⃣ Debitor Borcların İdarəçiliyi

• Debitor portfellərinin xidməti müqavilə əsasında işlənilməsi;

• Müştərilərin debitor borclarının idarə edilməsi və toplanması üzrə hüquqi və inzibati proseslərin həyata keçirilməsi;

• Debitor müqavilələrinin tənzimlənməsi və alınması;

• Debitor borclar üzrə müqavilələrin qiymətləndirilməsi, tənzimlənməsi və alış (cesiya) əməliyyatlarının aparılması;

3️⃣Borc İdarəçiliyi Xidmətləri

• Problemli kredit portfellərinin xidməti müqavilə əsasında kredit portfellərinin təhlili, idarə edilməsi və bərpa planlarının hazırlanması;

• Kredit və Maliyyə təşkilatları balansında olan problemli aktivlərin hüquqi və maliyyə qiymətləndirilməsi, həmçinin portfelin tələb hüququnun ötürülməsi;

• Kreditor və borclu arasında balanslı, ədalətli və şəffaf münasibətlərin qurulması;

• Soft Collection (İlkin təqib): Borclularla qarşılıqlı anlaşma və könüllü ödənişlərin təşviqi məqsədilə həyata keçirilən mərhələdir.Bu mərhələyə məlumatlandırma və xəbərdarlıq kampaniyaları, həmçinin telefon, SMS, e-mail və rəqəmsal bildirişlər borclunun maliyyə vəziyyətinə uyğun ödəniş planlarının hazırlanması aiddir;

• Hard Collection (Məcburi mərhələ): Borcların məhkəməyəqədər və ya məhkəmə sonrası mərhələdə icrası üçün görülən tədbirləri əhatə edir. Bu tədbirlərə borclularla sahə görüşləri, rəsmi bildiriş və tələblərin göndərilməsi aiddir;

• Legal Process (Hüquqi proseslər): Məhkəmə və icra mərhələlərində kreditorun maraqlarını qorumaq üçün kompleks hüquqi xidmətlər aiddir. Bu tədbirlərə məhkəmə iddialarının hazırlanması və təqdimatı, icra proseslərinin hüquqi müşayiəti, hüquqi sənədlərin tərtibi və müqavilələrin audit yoxlanışı xidmətləri daxildir.

🤝 Partnyorlar və Portfel

"OLS Company" bir çox yerli və beynəlxalq maliyyə qurumu ilə əməkdaşlıq edir.Şirkət bu tərəfdaşlar üzrə 50 milyon manatdan artıq problemli kredit portfelinə xidmət göstərir. Partnyorlarımız arasında Banklar və Bank Olmayan Kredit Təşkilatları, Lizinq şirkətləri və digər müəssələr yer alır. Bizim yanaşmamız — qarşılıqlı etimada, nəticəyə yönəlik əməkdaşlığa və uzunmüddətli tərəfdaşlığa əsaslanır.

💡 Texnoloji Üstünlüklərimiz

"OLS Company" müvafiq sahədə süni intellekt əsaslı borc idarəetmə platformasından istifadə edir. Bu sistem real vaxtda portfelin vəziyyətini izləməyə, analiz etməyə və nəticələrə uyğun avtomatlaşdırılmış qərarlar verməyə imkan yaradır. Texnoloji imkanlarımıza daxildir: Borclular üzrə risk və davranış analitikası, avtomatlaşdırılmış hesabat sistemləri, məlumat təhlükəsizliyi və şifrələnmiş məlumat bazaları, əlaqə kanallarının inteqrasiyası (SMS, e-mail, chatbot və s.)

🌍 Missiyamız və Dəyərlərimiz

Missiyamız: Maliyyə sektorunda etibarlı tərəfdaş olaraq kreditor və borclu arasında balanslı, ədalətli və şəffaf münasibətləri təmin etmək. Dəyərlərimiz: Etibarlılıq və Şəffaflıq prinsipləri əsasında peşəkar komanda ilə yüksək texnoloji infrastrukturun inteqrasiyası fəaliyyətlərimizin əsas prioritetidir. Texnoloji inkişaf – yeniliklər və rəqəmsal həllər fəaliyyətimizin mərkəzindədir.